Главная » 2007»Май»27 » Xezer Lenkeran seleksiya islerini davam etdirir.
Xezer Lenkeran seleksiya islerini davam etdirir.
11:31
Artıq çempion tituluna qovuşmağımıza baxmayaraq mövsüm hələ başa çatmayıb. Bununla belə Çempionlar Liqasında debüt etmək imkanı qazanan “Xəzər-Lənkəran” seleksiya işlərini gücləndirib. Rəhbərlik “Karvan”ın ən yaxşı bombardiri Yakuba Bambanın ardınca “İnter”in kapitanı və milli komandanın futbolçusu Elmar Baxşıyevi də Lənkərana keçməyə razı sala bilib.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 26 yaşlı Baxşıyev əvvəlki klubunun heyətində yeddi il keçirib. Qeyd edək ki, hələ ötən mövsümlərarası dövrdə Elmar komandamıza keçə bilərdi. Lakin onda “İnter” futbolçunu heyətində saxlaya bilmişdi.