Artıq çempion tituluna qovuşmağımıza baxmayaraq mövsüm hələ başa çatmayıb. Bununla belə Çempionlar Liqasında debüt etmək imkanı qazanan “Xəzər-Lənkəran” seleksiya işlərini gücləndirib. Rəhbərlik “Karvan”ın ən yaxşı bombardiri Yakuba Bambanın ardınca “İnter”in kapitanı və milli komandanın futbolçusu Elmar Baxşıyevi də Lənkərana keçməyə razı sala bilib.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 26 yaşlı Baxşıyev əvvəlki klubunun heyətində yeddi il keçirib. Qeyd edək ki, hələ ötən mövsümlərarası dövrdə Elmar komandamıza keçə bilərdi. Lakin onda “İnter” futbol
... Ardian bax »
Çemponluğun taleyini müəyyənləşdirən matça komandalar demək olar ki, optimal heyətlə çıxdı. Ancaq qələbə haqda düşünən lənkəranlılar gözlənildiyi kimi ilk dəqiqələrdən təşəbbüsə yiyələndi. Bunun məntiqi nəticəsi idi ki, qol özünü çox gözlətmədi. Artıq beşinci dəqiqədə Eldənizin əllə oynaması komandasına baha başa gəldi. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Emin vacib oyunda hesabı açmağa nail oldu. Rəqib oyunçuların yol verdiyi kobud səhvlərdən maksimum yararlanan lənkəranlılar çox keçməmiş hesab arasındakı fərqi artırmaq fürsətini qaç
... Ardian bax »